Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:42

Taliban Əfqanıstanda qiyama başladığını deyir


Bzar günü Kabildə törədilmiş hücumlar qabaqcadan hazırlanmış bahar qiyamının başlanğıcıdır.

Bunu Talibanın nümayəndəsi Zabihulla Mujahid bəyan edib.

Məlumatlara görə, bu gün Kabildə parlamentin binasını qoruyarkən təhlükəsizlik qüvvələrinə bir neçə deputat da qoşulub.

Amerikalı diplomatlar döyüşün faktiki səfirliyin ətrafında getdiyini deyirlər.

Almaniya səfirliyinin yaxınlığındakı super-marketdə törədilmiş partlayışlardan sonra
həmin ərazidən ABŞ ordusunun hərbi maşın karvanı ötüb.

Bundan əvvəl Böyük Britaniya və Rusiya səfirliklərinin binası da atəşə tutulub.

NATO komandanlığı azı şəhərin 7 rayonunda hücumlar törədildiyini xəbər verir.

Həmçinin ölkənin şərqindəki Calalabad və Qardez şəhərlərində hücumlar törədilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG