Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:12

Obama narkotikin leqallaşdırılmasına qarşıdır


Amerika Dövlətləri Təşkilatının (ADT) Kolumbiyada keçirilən sammitində iştirakçılar gələn il
Kubanın da sammitə qatılacağına ümidlə yanaşdıqlarını bildiriblər. ABŞ və Kanada Kubanın təşkilta yenidən üzvl olmasına qarşı çıxırlar.

Kuba 1959-cu il inqilabından sonra ADT-dən xaric edilib.

Ekvador prezidenti Rafael Correa Kuba ilə həmrəylik olaraq sammiti boykot edib.

Həmçinin Venesuela və Nikaraqua prezidentləri sammitə qatılmayıblar.

Narkobiznesə qarşı silahlı mübarizənin effektli olmadığını deyən Kolumbiya prezidenti Juan
Manuel Santos başqa yollar axtarmağa çağırıb.

Bəzi Latın Amerikası ölkələri narkotikin leqallaşdırılmasını təkid edirlər.

ABŞ prezidenti Barack Obama isə bunun yolverilməz olduğunu deyib.
XS
SM
MD
LG