Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:19

Suriyanın hökumət qüvvələri 2 məhəlləni atəşə tutub


Suriyanın hökumət qoşunları bazar günü Homs şəhərində müxalifət qüvvələrinin nəzarətində olan 2 məhəlləni intensiv atəşə tutub.

Bu BMT müşahidəçilərinin Dəməşqə gəlişindən bir neçə saat əvvəl baş verib.

Bu barədə Suriya İnsan Hüquqları Mərkəzinin rəhbəri Abdel Rahman xəbər verir.

Şənbə günü şəhərin atəşə tutulması nəticəsində 3, ümumilikdə isə ölkədə 14 adam öldürülüb.

BMT-nin təhlükəsizlik şurası şənbə günü Suriyaya beynəlxalq müşahidəçilər göndərilməsilə bağlı qətnamə qəbul edib.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton qətnamənin atəşin dayandırılmasıyla bağlı Suriya rejiminə beynəlxalq çağırış olduğunu bildirib.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

Bu müddət ərzində 10 mindən çox adamın öldürüldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG