Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:43
Qırğızıstan paytaxtı Bişkekdə Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yaradılacaq.

AzərTAC xəbər verir ki, Bişkek şəhərinin meri İsa Omurkulovun imzaladığı sərəncama görə, park paytaxtın ən mənzərəli yerində- «Orto-Say» meşə zolağında salınacaq. Bu məqsədlə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fonduna (TDSDF) 5,5 hektar torpaq sahəsi ayrılıb.

TDSDF-in təşəbbüsü ilə Bişkekdə yaşayan bir qrup azərbaycanlı və qırğız həmin torpaq sahəsində olub və qurban kəsiblər.

TDSDF-in sədri Nüsrət Məmmədov deyib ki, bu parkı Bişkekin ən mənzərəli guşəsinə çevirəcəklər.

Burda Heydər Əliyevin abidəsi ucaldılacaq, lazer fəvvarələri quraşdırılacaq. Parkın ərazisində Zərifə Əliyeva adına Türkdilli Xalqların Mədəniyyət Mərkəzinin binasının tikilməsi də nəzərdə tutulub.

Heydər Əliyev Azərbaycana 1993-cü ildən 2003-cü ilədək başçılıq edib. İndisə ölkəyə oğlu İlham Əliyev rəhbərlik edir.

Azərbaycanın paytaxt və rayonlarında çoxsaylı Heydər Əliyev parkları salınır və ona abidələr qoyulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG