Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:34

Son 5 gündə Yəməndə azı 183 yaraqlı öldürülüb


Son 5 gün ərzində Yəmənin cənubunda gedən toqquşmalarda azı 220 adam ölüb.

Onlardan 183-nün əl Qaidə ilə əlbir olan yaraqlılar olduğu xəbər verilir.

Bu barədə Yəmənin təhlükəsizlik xidməti məlumat verir.

Ötən ilin mayından ölkənin cənubundakı Abyan şəhəri yaraqlıların nəzarətindədir.

Bu şəhər ölkənin cənubundakı Zəncibar əyalətinin paytaxtıdır.
İndiki döyüşlər isə əyalətin 150 kilometrliyində yerləşən Loder şəhəri uğrunda gedir.

Frans-Press agentliyi yaraqləların geri oturdulduğunu xəbər verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG