Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:44
Keçmiş polis işçisi Mahmud Tağıyev AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib. Deyir, 10 il əvvəl Bakı şəhər Baş Polis İdarəsində işləyən tanışı Rasim Abdullayev ondan evinin tikintisini başa çatdırmaq üçün 15000 dollar borc alıb. 10 ildir ki, pulunu ondan geri ala bilmir:

«10 İL ƏVVƏL VERDİYİM 15000 DOLLARI GERİ ALA BİLMİRƏM»

Mahmud Tağıyev olanlar haqqında danışır: «10 il əvvəl Bakı şəhər Baş Polis İdarəsinin kadrlar idarəsində işləyən Rasim Abdullayevlə həmin idarənin hazırda təqaüddə olan keçmiş əməkdaşı Cavad Nuriyevin vasitəsilə tanış olmuşam. Rasim Abdullayevlə yaxın münasibətlərimiz vardı. Həmin vaxt məndən 15000 dollar istədi ki, yarımçıq qalmış evini tikdirib başa çatdırsın. Mən də inanıb verdim. Elə həmin ərəfələrdə mənə təklif elədi ki, Abşeron rayon Polis İdarəsində sahə inspektoru vəzifəsi boşdur, istəyirsən, sənədlərini topla, nazirin adına ərizə yaz, mən də nazirliyə tapşırım, səni işə götürsünlər. Razılaşdım və sənədlərini toplayıb təqdim etdim. 20 günün içərisində deyilən idarəyə sahə inspektoru vəzifəsinə təyin olundum. Bir ay da keçdi, Rasim Abdullayevdən pulumu istəməyə başladım. Çünki bizim aramızda belə bir danışıq olmamışdı ki, o, məni pulla işə düzəldəcək. Dedi, nə pul, mənə verdiyin pulla səni işə düzəltmişəm. Bundan sonra aramızda mübahisə yarandı və uzun müddət mən ondan pulumu geri ala bilmədim».

«AZ QALA ÖZÜMÜ BORCLU ÇIXARIRLAR»

Mahmud Tağıyev deyir ki, bir müddət sonra öz ərizəsi ilə işdən çıxıb. Uzun illər Rasim Abdullayev pulunu qaytarmadığına görə o, da məcbur olub Daxili İşlər Nazirliyinə rəsmi şikayət edib. Ancaq şikayəti araşdırılmır, əksinə, şikayət etdiyinə görə təhqiqatçılar az qala onun özünü borclu Foto: Arxiv

Foto: Arxiv

çıxarırlar.

Borc pulun verilməsində iştirakçı kimi adıçəkilən BŞBPİ-nin keçmiş şöbə rəisi Cavad Nuriyev də faktı təsdiqlədi:

«Həmin vaxt Rasim ev tikdirirdi, Mahmuddan borc istədi, Mahmud da verdi. Sonralar Mahmud mənə dəfələrlə müraciət etdi ki, Rasim pulu qaytarmır, bəhanə edir ki, səni işə düzəltmişəm. Bildiyim odur ki, Mahmud hələ də Rasimdən pulunu ala bilməyib. Bu yaxınlarda mənə Daxili İşlər Nazirliyindən də zəng etmişdilər, deyirdilər ki, Mahmud bu məsələ ilə bağlı şikayət edib, təhqiqatçılar araşdırırlar. Mən də hər şeyi olduğu kimi dedim. Bildirdilər ki, özümüz çağırıb sizdən rəsmi izahat da alacağıq. Ancaq hələ də çağırmayıblar».

BORCUNU TƏLƏB EDƏNİ MƏHKƏMƏYƏ VERİBLƏR

DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə «Qaynar xətt»ə bildirib ki, BŞBPİ Mahmud Tağıyevi məhkəməyə verib. Onun dediyinə görə, Mahmud Tağıyevin 2002-ci ildə BŞBPİ-nin kadrlar idarəsinin şöbə rəisi Rasim Abdullayevə pul verməsi, sonradan guya Rasim Abdullayevin həmin pulla onu sahə inspektoru təyin etdirməsi barədə deyilənlər BŞBPİ-də araşdırılıb və təsdiqini tapmayıb. Hazırda BŞBPİ-də kadrlar idarəsinin şöbə rəisi işləyən Rasim Abdullayev şərəf və ləyaqətinin alçaldılması iddiası ilə Mahmud Tağıyevi məhkəməyə verib.

Kimin doğru kimin səhv olduğunu məhkəmə araşdıracaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG