Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:53

İranla bağlı danışıqlar xoş ab-havada keçirilir


İstanbulda İranın nüvə proqramıyla bağlı danışıqlar xoş ab-havada keçirilir.

Bu barədə Avropa Birliyinin sözçüsü Michael Mann xəbər verir.
Onun sözlərinə görə, iştirakçılar real irəliləyişə nail olmaq əzmində olduqlarını göstərirlər.

Frans Press agentliyi diplomatik mənbələrə istinadla xəbər verir ki, bir neçə həftədən sonra daha ətraflı görüş keçirilməsi barədə razılıq əldə oluna bilər.

Danışıqlarda ABŞ,Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya və İranın nümayəndələri iştirak edirlər.

Bu son ilyarım ərzində ilk belə görüşdü.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG