Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:12
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 34 (20.439) 21 fevral 2012



ALİ TƏHSİL OCAĞINDA ELMİ KONFRANS

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 20-ci ildönümü münasibəti ilə «Gömrük işinin iqtisadi inkişafda rolu» adlı elmi konfrans keçirilib.

Bu ali təhsil müəssisəsi ilə komitənin birgə təşkil etdiyi tədbiri universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq qonaqları yubiley münasibətilə təbrik edib. Naxçıvan gömrüyünün yaranma tarixinə və inkişafı yoluna qısa nəzər salan rektor bildirib ki, muxtar respublikada gömrük orqanının yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin muxtar respublikamıza rəhbərlik etdiyi dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması haqqında 1992-ci il 24 fevral tarixli qərarı tarixi əhəmiyyətə malikdir.

...Dahi rəhbərimizin siyasi fəaliyyətinin ölkəmizdə, o cümlədən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsinin nəticəsidir ki, Naxçıvanın gömrük sistemində bir – birinin ardınca uğurlu islahatlar həyata keçirilir. İnfrastruktur yenilənib, regionun yerləşdiyi coğrafi şəraitin, xarici iqtisadi münasibətlərin tələblərinə uyğun yeni, modern gömrük sistemi qurulub.

Tədbirdə qarşılıqlı hədiyyələr təqdim olunub, komitənin fəaliyyətini əks etdirən slayd göstərilib, sərgiyə baxış olub.

GİNEKOLOQLARIN TEST İMTAHANINA START VERİLMİŞDİR

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Ötən ilin sentyabr ayında başlayan test imtahanı və müsahibə mərhələsində ilin sonunadək 120 həkim iştirak etmişdir. Cari ildə isə ilk olaraq muxtar respublikanın dövlət və özəl müəssisələrində ginekologiya ixtisası üzrə çalışan həkimlər öz bilik və bacarıqlarını sınamalı olmuşlar.

Test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilərək kompyuterə yerləşdirilmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 100 sual seçilərək imtahanda iştirak edən 36 nəfərə paylanmış, 3 saat davam edən imtahanın şəffaf, tam obyektiv şəraitdə keçirilməsi təmin edilmişdir.

Test imtahanının yekunlarına görə, 60 və ya daha çox bal toplamış 35 mütəxəssis sertifikasiya prosesinin ilk mərhələsini uğurla başa vurmuşdur. Onlardan 23 nəfər 90-100 bal, 5 nəfər 80-90, 4 nəfər 70-80, 3 nəfər 60-70 arası bal toplayaraq test imtahanından keçərli sayılmışdır. 1 nəfər isə 44 bal toplayaraq test imtahanında zəruri hədi keçə bilməmişdir.


DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Məhdud fiziki imkanlara səyyar protez ortopediya xidməti göstərilib

- Muxtar respublika üzrə rəsm müsabiqəsi keçirilmişdir

- Azadlıq, gözəllik və həqiqət aşiqi

- Həmkarlar İttifaqları Şurasında yeni layihə müzakirə edilib

Şərhləri göstər

XS
SM
MD
LG