Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:07

Sinoptiklər temperaturun yüksələcəyini bildirirlər


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən «Trend»ə verilən məlumata görə, yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun ötən günlərə nisbətən yüksələcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Aprelin 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub küləyi əsəcək.

Gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Aprelin 15-də Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, cənub və qərb rayonlarında isə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Gecə 10-15, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
XS
SM
MD
LG