Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:25

«Titanik»dən xilas olan erməninin tarixçəsi [Video/Foto]


Batan Titanikin arxiv görüntüləri
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Batan Titanikin arxiv görüntüləri

​Osmanlı İmperiyası dövründə Türkiyədən qaçan 20 yaşlı erməni Neshan Krekorian əvvəlcə Avropaya, ordan da yaxşı həyat dalınca Kanadaya getmək istəyir.

Nəvəsi Van Solomonian deyir ki, 1912-ci ilin aprelində İngiltərədən Amerikaya yola çıxan «Titanik» gəmisinə üçüncü dərəcəli bilet alan 700 nəfərdən biri də onun babası Neshan Krekorian olub:

«Atası ona deyib ki, yeni həyat qurmaq üçün Kanadaya getsin. Ümid ediblər ki, gələcəkdə o, qardaşlarını da öz yanına apara biləcək. Babamın iki kiçik qardaşı olub. O, Türkiyədən qaçmış daha 4 erməni ilə birlikdə Fransaya gəlib. Oradan da tale babamı «Titanik»ə aparıb».

BİLETİN QİYMƏTİ AZI 1000 DOLLAR

Skandinaviya, Şərqi Avropa, Yaxın Şərqdən olan miqrantlar birhəftəlik Amerika yolçuluğu üçün üçüncü dərəcəli biletə indiki qiymətlə təxminən 1000 dollar ödəyiblər.

Aprelin 14-də gəmi Şimali Atlantikada ayberqlə toqquşana qədər hər şey qaydasında gedirmiş. Babası Solomonian'a danışırmış ki, hadisə baş verəndə gecə idi, onlar kart oynayırdılar:

«Onlar yenicə kart oynamağa başlayanda, gəminin titrədiyini hiss edib və bir səs eşidiblər. Nə baş verdiyini bilməyiblər. Üçüncü dərəcəli biletlə gedən sərnişinlərin problemi o idi ki, onları sanki bir qapalı yerə salmışdılar. O zaman qanunlar belə idi ki, üçüncü dərəcəli bileti olan sərnişinləri birinci və ikinci dərəcəli sərnişinlərdən ayrı saxlayırdılar».

Babam bir neçə kişi ilə yuxarı çıxan pilləkənin qarşısındakı qapıda zənciri qırıb qaçıblar. Onlar özlərini güclə gəmidən çıxan qayığa salaraq xilas ola biliblər.

Neshan Krekorian ailəsi ilə birlikdə

2200 NƏFƏRDƏN YALNIZ 700-Ü XİLAS OLA BİLİB

Amma gəmidəkilərin heç də hamısı Neshan Krekorian kimi şanslı olmayıb. Üçüncü dərəcəli bileti olanların hər 3 nəfərindən 2-si sadəcə yuxarı mərtəbəyə çıxa bilmədiyi üçün həlak olub. Gəmidə olan 2200 nəfərdən yalnız 700 nəfəri xilas olub. Onların da çoxu birinci və ikinci dərəcəli biletlərin sahibləridir.

Budan sonra Krekorian Kanadada məskunlaşır. O, «General Motors» şirkətinin yerli zavodunda fəhlə kimi işə düzəlir və atasının arzusunu yerinə yetirərək qardaşlarını da öz yanına aparır. Sonralar Krekorian həm də Kanadada ilk erməni kilsəsini quran adam olur.

Kanadada böyümüş Solomonian deyir ki, ingilis dilində az danışa bilən babasını sakit bir adam kimi xatırlayır. 89 yaşında vəfat edib. O, «Titanik»də başına gələnlərdən çox nadir hallarda danışırmış. Mindiyi sonuncu gəmi də elə «Titanik» olub. Krekorian həyatının qalan hissəsində bir dəfə də gəmiyə minməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG