Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:12

Alman siyasətçiləri sələfilərin “Oxu!” aksiyasını dayandırmağı tələb edirlər

Almaniyadakı müsəlman icmalarından birinin keçirdiyi maarifləndirmə aksiyası yerli siyasətçiləri qəzəbləndirib. Onlar icma tərəfindən vətəndaşlara pulsuz Quran paylamasına etirazlarını bildiriblər.

“Oxu!” aksiyası 2011-ci ilin noyabrından start götürüb. Kampaniyanın məqsədi Almaniyada insanların İslam haqqında bilgilərini artırmaqdan ibarətdir. Layihənin təşəbbüskarı 47 yaşlı iş adamı İbrahim Abu Nadji Almaniyadakı müsəlmanların hamısını aksiyaya qoşulmağa çağırıb:

“Qoy, hər kəs öz alman qonşusuna Quranın tərcümə edilmiş nüsxəsini hədiyyə etsin. Əgər hər bir müsəlman heç olmasa ildə bir dəfə kiməsə müqəddəs kitabı versə, bir ilə biz ölkə vətəndaşlarının hamısını Quranla təmin etmiş olarıq. Onlar bu kitabı oxusalar, bizi radikal adlandırmazlar”.

300 MİN PULSUZ KİTAB YAYIBLAR

Aksiya zamanı Almaniyanın 35 şəhərinin küçələrində xüsusi stendlər qoyulub ki, burada arzu edənlər Qurani-Kərimin alman dilində nüsxəsini hədiyyə ala biliblər. Kitab hətta uşaq bağçaları, məktəb və həbsxanalarda da yayılıb. Artıq 300 min Quran paylanlılıb.

İSLAMI YOX, SƏLƏFİLİYİ TƏBLİĞ EDİRLƏR

Die Welt yazır ki, alman siyasətçiləri isə bu təşəbbüsü aqressiya kimi qiymətləndiriblər, onun təşəbbüskarları sələfiliyi yaymaqda günahlandırıblar. Deputat Guenter Krings qəzetə müsahibəsində deyib ki, “radikal sələf qruplaşması öz aqressiv yanaşması ilə ölkədəki Dini aləmi dağıtmağa çalışır”.

Sosial-demokratların dini-siyasi məsələlər üzrə müşaviri Kerstin Griese də bildirib ki, bu aksiyanın arxasında dayanan insanların dünyagörüşü və duaları çox böyük şübhələr doğurur.

Qanun baxımından, müsəlman icması qadağan edilmiş bir iş görmür. Çünki Almaniyada dini məzmunlu mətnlərin yayılması qadağan deyil. Ona görə də siyasətçilər layihənin maliyyə mənbələrinin araşdırılmasını tələb ediblər.

QURAN REKLAM BUKLETİDİR MƏGƏR?

Yaşıllar partiyasının nümayəndəsi Josef Winkler isə ümumiyyətlə bu layihənin polis nəzarəti altına götürülməsi istəyib.

Maraqlısı odur ki, elə müsəlmanlar arasında da layihəni bəyənməyənlər tapılır. Almaniya müsəlmanların mərkəzi şurasının nümayəndəsi Ayman Mayzek deyib ki, Quran reklam bukleti deyil ki, onu hər kəsə paylayasan.

Bu arada siyasətçilər layihəni dayandırmağın yolları axtardığı bir vaxtda bunu onların əvəzinə mətbəə edib. Ebner & Spiegel mətbəəsi “Oxu” aksiyası üçün Quran çap etməkdən imtina edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG