Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:00

İctimai Palata aprelin 22-də yürüş-mitinq keçirməyi düşünür


İctimai Palata (İP) aprelin 22-nə planlaşdırdığı aksiyanın yürüş-mitinq olacağını bəyan edir.

Aprelin 13-də İctimai Palatanın Koordinasiya Şurası növbəti aksiyanı müzakirə edib.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı AzadlıqRadiosuna deyib ki, 22 aprel yürüş-mitinqi üçün meriyadan «Nərimanov», «Təbriz» kinoteatrları və ya metronun «Dərnəgül» stansiyası istiqamətindəki marşrutlardan biri istəniləcək.

Aprelin 8-də İP Bayıl qəsəbəsi, «20-ci sahə» adlanan ərazidə yerləşən sürücülük məktəbinin həyətində razılaşdırılmış mitinq keçirib.
XS
SM
MD
LG