Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:02
Jennifer Lopez də daxil olmaqla dünyanın bir neçə tanınmış müğənnisi bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etmək üçün Bakıya gələcəklər.

Bu barədə AzadlıqRadiosuna AFFA İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib:

«17 yaşlı qızlar arasında dünya çempionatının açılış mərasimində Jennifer Lopez ilə yanaşı bir neçə başqa məşhur müğənninin də iştirakı nəzərdə tutulur. Jennifer Lopezdən artıq ilkin razılıq alınıb. Digərləri ilə bağlı məsələ təsdiqlənmədiyi üçün onların adlarını hələlik açıqlamırıq».

Jennifer Lopezə Bakıya gəlməsi üçün hansı məbləğin təklif edilməsi məsələsinə gəlincə Mikayıl Nərimanoğlu deyir ki, bu məsələlərlə bağlı AFFA-nın təşkilat komitəsi iş aparır. Ona görə bu barədə ətraflı məlumatlar sonra yayılacaq.

Sentyabrın 22-də start götürəcək 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

Çempionatda iştirak etmək üçün Bakıya 15 ölkənin yığma komandası gələcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG