Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:31

Qvineya-Bisauda ordu qiyam qaldırıb


Afrika ölkəsi olan Qvineya-Bisauda ordu qiyam qaldırıb. Ordu paytaxt Bisaudakı dövlət radio-televiziyasının binasını və hakim partiyanın qərargahını ələ keçirib.

Dövlət televiziyası verilişlərinin yayımını dayandırıb.

Prezidentliyə namizədlərdən biri Karlos Gomesin qərargahı atəşə tutulub. Hərbçilər arasındakı anonim mənbə France Pressə bildirib ki, çoxlu siyasi xadimlər, o cümlədən müvəqqəti prezident Raymond Pereir həbs olunub.

Aprelin 29-da bu ölkədə prezident seçkilərinin ikinci turu keçirilməlidir. Qvineya-Bisau müxalifətinin lideri, sabiq prezident və prezident seçkilərdə namizədlərdən biri Kumba Yala seçkilərin ikinci turunu boykot etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG