Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:37

Suriyada atəşkəsdən sonra ilk silahlı münaqişə baş verib


Türkiyədə suriyalı qaçqınların qaldığı düşərgə, Aprel 2012

Türkiyədə suriyalı qaçqınların qaldığı düşərgə, Aprel 2012

Suriyadakı atəşkəsdən sonra hökumət qoşunları və müxalifətçilər arasında silahlı münaqişə baş verib.

«France-Presse» agentliyinin xəbərinə görə, münaqişə aprelin 13-ü Türkiyə ilə həmsərhəd Kherbet Joz ərazisində baş verib. Bu, aprelin 12-də elan olunan atəşkəsdən sonra ilk ciddi pozuntudur. Dünən 13 aylıq silahlı münaqişədən sonra Suriyada atəşkəs elan olunub.

BMT-nin məlumatına görə, Suriyada 2011-ci ilin martında başlayan silahlı münaqişə zamanı 9 mindən çox adam ölüb.

Bu arada BMT Təhlükəsizlik Şurası Suriyaya beynəlxalq müşahidəçilərin göndərilməsi ilə bağlı yeni qətnaməni müzakirəyə çıxaracaq. Beynəlxalq müşahidəçilər ölkədəki atəşkəs rejiminə əməl olunmasını monitorinq edəcəklər.

Suriyaya beynəlxalq müşahidəçilərin göndərilməsi BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annanın Suriya ilə bağlı sülh planının əsas tərkib hissəsidir. Bununla həm Suriya hakimiyyəti, həm də müxalifəti razıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG