Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:03

Suriyada atəşkəsdən sonra ilk silahlı münaqişə baş verib


Suriyadakı atəşkəsdən sonra hökumət qoşunları və müxalifətçilər arasında silahlı münaqişə baş verib.

France-Presse agentliyinin xəbərinə görə, münaqişə Türkiyəyə ilə sərhəddəki Kherbet Joz ərazisində baş verib.

BMT Təhlükəsizlik Şurası Suriyaya beynəlxalq müşahidəçilərin göndərilməsi ilə bağlı yeni qətnaməni müzakirəyə çıxaracaq. Beynəlxalq müşahidəçilər ölkədəki atəşkəs rejiminə əməl olunmasını müşahidə edəcəklər.

Suriyaya beynəlxalq müşahidəçilərin göndərilməsi BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annanın Suriya ilə bağlı sülh planının əsas tərkib hissəsidir. Bununla həm Suriya hakimiyyəti, həm də müxalifəti razıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG