Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:34

Pakistan ABŞ-ın pilotsuz təyyarələrinin uçuşlarının dayandırılmasına çağırır


Pakistan parlamenti ABŞ və NATO ilə əlaqələrin yeni şərtlərini təsdiq edib. Parlament Pakistan ərazisində ABŞ-ın pilotsuz təyyarələrinin uçuşlarının dərhal dayandırılmasına çağırıb.

Pakistan NATO-nun 24 hərbçisinin ölümü ilə nəticələnən hava hücumlarından sonra ABŞ-la əlaqələrin yenidən nəzərdən keçirilməsinə başlayıb. Həmin hadisə keçən ilin noyabrında baş vermişdi.

Pakistanın baş naziri Yusuf Raza Gilani parlamentdə deyib ki, hökumət sərhəddə koalisiya qüvvələrinin hücumlarına görə qeyd-şərtsiz üzr istəməsi də daxil olmaqla, tövsiyələrə əməl olunmasını təmin edəcək.

Yeni şərtlərə Pakistan ərazisinə heç bir bəhanə ilə daxil olmaq imkanının verilməməsi və xarici ölkələrin kəşfiyyat agentlərinin ölkə ərazisində fəaliyyətinin qadağan olunması da daxildir.
XS
SM
MD
LG