Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:42

AB Azərbaycana enerji strategiyasını gücləndirməsi üçün 3 milyon manat verir


Avropa Birliyi (AB) bərpa olunan enerji mənbələri və enerjidən səmərəli istifadə strategiyasını dəstəkləmək üçün Azərbaycana 3 milyon manatdan artıq məbləğdə tranş köçürüb. Bu, AB və Azərbaycan arasında razılaşdırılmış Büdcəyə Dəstək Proqramı çərçivəsində 14 milyonluq ümumi zərfin ikinci tranşıdır. Məqsəd bütün enerji ehtiyatlarının nəqli, tranziti və istifadəsini əhatə edən tam dəqiq, inteqrə olunmuş və şəffaf enerji strategiyası hazırlamaqdır.

Bunu AB-nin Bakı Nümayəndəliyinin rəhbəri Səfir Roland Kobia bildirib.

«Bərpa olunan enerji mənbələri və enerjidən səmərəli istifadə istənilən davamlı enerji siyasətinin mərkəzində duran məsələlərdir. Bu Büdcəyə Dəstək Proqramı öz enerji ehtiyatlarını diversifikasiya etməkdə və İqlim Dəyişikliyinin təsirini zəiflətməkdə, eyni zamanda Azərbaycanda gəlirlərin artırılmasında və iş yerlərinin çoxalmasında ölkəyə yardım etmək üçün götürdüyümüz öhdəliyin ifadəsidir».

AB-nin Bakı Nümayəndəliyindən verilən məlumata görə, Enerjiyə Büdcə Yardımı Proqramı çərçivəsində 3 milyon manatdan artıq olan ilk tranş 2010-cu ildə köçürülüb. Növbəti tranşın isə 2012-ci ilin sonunda köçürüləcəyinə dair razılıq əldə edilib.
XS
SM
MD
LG