Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:55

Şimali Koreyanın raketi havada partlayıb


Seul televiziyası Şimali Koreyanın fəzaya raket göndərməsi barədə xəbər verir, 13 Aprel 2012

Seul televiziyası Şimali Koreyanın fəzaya raket göndərməsi barədə xəbər verir, 13 Aprel 2012

Şimali Koreyanın fəzaya göndərdiyi raketin uçuşu uğursuz olub. Raket atmosferdən çıxa bilməyib.

Cənubi Koreyanın verdiyi məlumata görə, raket yerli vaxtla 07. 39-da fəzaya buraxılıb. Startdan bir neçə dəqiqə sonra isə peyk daşıyıcısı olan raket havada partlayıb, qalıqları isə Sarı dənizə düşüb.

Qərb bundan əvvəl Şimali Koreyanı fəzaya raket göndərməməyə çağırırdı. Bildirirdi ki, əslində bu, nüvə başlığı olan ballistik raketdir. Pxenyan isə raketi elmi məqsədlər üçün fəzaya göndərəcəyini bildirirdi.

Rəsmi Pxenyan raketin göndərilməsini Koreya Xalq Demokratik Respublikasının banisi Kim İr Senin 100 illik yübleyinə həsr etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG