Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:59

BƏƏ İrandakı səfirini geri çağırıb



Birləşmiş Ərəb Əmirlikləri İrandakı səfirini geri çağırıb.

Buna səbəb İran prezidenti Mahmud Ahmadinejadın Fars körfəzindəki Abu Musa adasında görüş keçirməsidir.

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla bin Zahid al Nahyan deyib ki, İran prezidentinin adaya səfəri iki ölkə arasındakı mübahisəli üç ada məsələsinin sülh yolu ilə həllinə ziddir.

Abu Musa, Kiçik və Böyük Tonb adaları Birləşmiş Ərəb Əmirlikləri Böyük Britaniyadan müstəqillik qazanandan sonra İranın nəzarəti altına keçib. İranla imzalanmış müqaviləyə əsasən, Abu Musa adası hər iki ölkə tərəfindən ortaq idarə olunmalıdır.
XS
SM
MD
LG