Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:33

Suriyaya ilə bağlı yeni qətnamə müzakirə olunacaq


BMT Təhlükəsizlik Şurası Suriyaya beynəlxalq müşahidəçilərin göndərilməsi ilə bağlı yeni qətnaməni müzakirəyə çıxaracaq. Beynəlxalq müşahidəçilər ölkədəki atəşkəs rejiminə əməl olunmasını müşahidə edəcəklər.

Suriyaya beynəlxalq müşahidəçilərin göndərilməsi BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annanın Suriya ilə bağlı sülh planının əsas tərkib hissəsidir. Bununla həm Suriya hakimiyyəti, həm də müxalifəti razıdır.

BMT Təhlükəsizlik Şurasında çıxış edən Kofi Annan bildirib ki, Suriyada aprelin 12-dən qüvvəyə minən atəşkəsə ümumilikdə əməl olunur. Ancaq Suriya hakimiyyəti hələlik sülh planının bütün müddəalarını yerinə yetirməyib. O cümlədən qoşunlarını münaqişə bölgəsindən tam çıxartmayıb.

BMT-nin baş katibi Ban ki Moon bildirib ki, Suriyada vəziyyət sakitdir. Ancaq müəyyən narahatlıqlar qalır. Bu da Bashar Assad indiyə qədər verdiyi vədləri bir neçə dəfə pozması ilə bağlıdır.
XS
SM
MD
LG