Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:37

Prezidentə edilən müraciətlər...


Mətbuat icmalı
Mətbuat icmalı
22 APREL MİTİNQİ ÜÇÜN MÜRACİƏT HAZIRDIR

«Azadlıq» qəzeti yazır ki, İctimai Palata 22 aprel mitinqi üçün meriyadan «Nərimanov» və «Təbriz» kinoteatrlarının, eləcə də metronun «Dərnəgül» stansiyasının qarşısındakı meydanlardan birini istəməyə hazırlaşır. Artıq bu barədə BŞİH-yə ünvanlanan müraciət hazırdır.

«AZƏRİQAZ»DA TUTULAN VAR?

«Bizim yol» qəzetinin bildirdiyinə görə, «Azəriqaz»ın vəzifəli şəxslərinə cinayət işi açılıb. Nəsimi rayonu qaz istismar idarəsinin vəzifəli şəxslərinin Səhiyyə Nazirliyinin institutu ilə bağlı saxta akt tərtib etmələri aşkarlanıb.

MÜXALİFƏTİN PEŞƏSİ...

«Yeni Azərbaycan» qəzeti YAP funksioneri Siyavuş Novruzova istinadən yazır ki, Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi zəruridir. Çünki müxalifətin bir hissəsi Azərbaycan cəmiyyətində siyasəti peşə kimi yox, qazanc mənbəyi kimi seçib.

İLHAM ƏLİYEVƏ EDİLƏN MÜRACİƏTLƏR

«Yeni Müsavat» qəzeti yazır ki, vicdan məhbuslarına azadlıq tələbləri səngimir. «Amnesty İnternational»ın Britaniya nümayəndəsi prezident İlham Əlivevə bu məsələ ilə bağlı müraciət göndərib.

GÖMRÜKÇÜLƏRİN TOPLANTISI

«Azərbaycan» qəzetinin yazdığına görə Bakıda Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin 2012-ci il konfransı keçirilir. Aprelin 12-də başlayan konfrans bu gün işini yekunlaşdıracaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG