Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:33

Azərbaycanda çayların səviyyəsi qalxır


Kür çayı
Kür çayı
Buna səbəb havaların istiləşməsi və dağlarda qarın əriməsidir.

ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Hidrometeorologiya
Departamentinə itinadən verdiyi məlumata görə, son 3 gün ərzində Qanıx çayında suyun səviyyəsi 27, Kiçik Qafqazın Kürəkçay çayında 6, Gəncəçayda 3, Böyük Qafqazın
Qusarçay çayında 8, Qudyalçay çayında 7, Vəlvələçay çayında 24, Naxçıvançayda isə 49 santimetr artıb.

Həmçinin Kürün Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində artım müşahidə olunmaqdadır.

Son iki gün ərzində bu ərazidə suyun səviyyəsi 59 santimetr artıb.

Kürün aşağı axınında yerləşən Surra məntəqəsində suyun səviyyəsi hazırda 490, Şirvanda 380, Salyanda 313, Bankədə 259, Araz çayının Novruzlu məntəqəsində isə 230 santimetr qalxıb.
XS
SM
MD
LG