Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:28

İnternetdən ən yaxşı istifadə edən dövlət qurumu hansıdır? AzadıqFM-in online şikayət reytinqi


Deyirlər artıq heç kim heç kimə məktub yazmır: e-mail, «Facebook», «Skype» dövrüdür.

Bəs rəsmi qurumlara necə, yazırlarmı? İnternet çıxandan dövlət qurumlarına şikayət və müraciətlər kağız üzərindən virtual fəzaya köçübmü?

AzadlıqFM Azərbaycanda «Elektron hökumət» ideyasının nə dərəcədə real olmasına nəzər yetirir.

Müzakirələrdə Rabitə nazirliyinin və Respublika Prokurorluğunun nümayəndələri, vətəndaşlar və ekspertlər iştirak etdilər.

MÜZAKİRƏLƏRİ BURADA DİNLƏ

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev dedi ki, «elektron hökumət»i qurmaq texniki məsələ deyil:

«Yalnız 20 faizi texniki məsələdir, 80 faizi içəridən dəyişmək lazımdır, bütün proseslərə yenidən baxmaq lazımdır. Azərbaycanın bölgələrində informasiya texnologiyalarını tətbiq edəcək kadrlar çatışmır».

Media Hüquqları İnstitutunun eksperti Xalid Ağaliyev isə hesab edir ki, yaxın 3-4 ildə «elektron hökumət»ə tam keçid baş verərsə, bu, böyük nailiyyət olacaq:

«Bizimlə eyni tarixi yaşayan respublikalar isə artıq bu sahədə ciddi nailiyyətlər əldə ediblər və bizim onlardan öyrənəcəyimiz mükəmməl təcrübəyə yiyələniblər. Azərbaycanda rəsmi qurumların saytının yaradılması hələ 2008-ci ildə bitməli idi. Elə qurumlar var ki, onlar hələ indi-indi sayt yaradırlar».

Respublika Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldar Sultanov qurumun saytında lazımi məlumatların yerləşdirildiyini bildirdi:

«Saytda yerləşdirilmiş elektron ünvanlara ötən il 2000-ə yaxın müraciət daxil olub və hər biri cavablandırılıb».

Jurnalist Xəqani Səfəroğlu isə dedi ki, rəsmi qurumların saytında informasiyaların təzələnməsi problemi var:

«Prezident saytına gələn şikayət məktublarını araşdırmışdım. Məlum olmuşdu ki, burda yalnız görülən işlərlə bağlı təşəkkür məktubları yerləşdirilib…».

Şərhləri göstər

XS
SM
MD
LG