Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:49

Parisdə «Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti» sərgisi açıldı


Arxiv foto

Arxiv foto

Parisdə Heydər Əliyev Fondunun və «Baku» jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə «Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti» mövzusunda sərgi açılıb.

Xəbəri AzərTac yayıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva, o cümlədən Fransanın mədəniyyət və kommunikasiyalar naziri Fredirik Mitteranın mərasimdə iştirak etdiyi bildirilir.

«Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti» sərgisi ilk dəfə Londonda göstərilmişdi.

Sərgi Parisin məşhur Salomon de Rotşild malikanəsində açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edib. O deyib:

«Mənim ölkəm misli görünməmiş inkişaf dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində daha da qabarıq göstərir».

Sərgidə 21 Azərbaycan rəssamının 100-dən çox əsəri nümayiş olunur.

Bu əsərlərin çoxunun məhz bu sərgi üçün yaradıldığı bildirilir.

Sərgidə Leyla Əliyevanın rəsmləri də var.

Xəbərdə vurğulanır ki, onun müəllifi olduğu illüstrasiyalardan gələcəkdə rus və ingilis dillərində işıq üzü görəcək «Biri var idi, biri yox» nağıl kitabında istifadə ediləcək.

Sərgi aprelin 21-dək davam edəcək.

«Bakıya uçuş» sərgisinin gələcəkdə Moskva, Berlin, Roma, Nyu-York və sonda Bakıda göstəriləcəyi nəzərdə tutulub.
XS
SM
MD
LG