Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:06

Suriyada atəşkəsə əməl olunur


Suriyada hökumət və müxalifət qüvvələri hələlik bu gün səhərdən qüvvəyə minmiş atəşkəsə əməl edirlər.

Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzinin rəhbəri bəzi partlayışları çıxmaq şərtilə hələlik sakitlik olduğunu xəbər verir.

Amma Türkiyədə məskunlaşmış suryalı qaçqınlar Əsəd rejiminə inanmadıqlarını deyirlər.

Üsyançı Azad Suriya ordusu atəşkəsə əməl edəcəyini bəyan edib.

Amma Frans Press agentliyinin məlumatına görə, müxalifətin yaratdığı Milli Şuranın rəhbəri xalqı Bashar Assad rejiminə qarşı nümayişə çıxmağa çağırıb.

Çinin xarici işlər nazirliyi Suriya rejiminin atəşi dayandırmasını alqışlayıb və hər iki tərəfi
BMT və Ərəb Dövlətləri Liqasının xüsusi elçisi Kofi Annanın təklif etdiyi sülh planına əməl etməyə çağırıb.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir

Günün bütün mövzuları

XS
SM
MD
LG