Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:31

Lavrov: "ABŞ Cacson Vanik düzəlişinin dəyişdirilməsinə bizim mövqeyimizi bilir"


ABŞ senatorlarının Sergey Maqnitskinin ölümüylə bağlı təklif etdikləri qanunvericilik
ABŞ-Rusiya münasibətlərinə ciddi ziyan vuracaq.

Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib.

Söhbət keçmiş Sovet İtifaqı ilə ticarət əlaqələrinin məhdudlaşdırılmasına yönəlmiş, 1974-cü ildə qəbul edilmiş Cacson Vanik düzəlişinin dəyişdirilməsindən gedir.

İndi senatorlar rusiyalı hüquqşunas Sergey Maqnitskinin həbsxanada ölümü, insan haqlarının pozulmasına görə, bu düzəlişin dəyişdirilməsi və rusiyalı məmurlara qarşı sanksiyalar tətbiq edilməsini təklif edirlər.

Rusiyanın hüquq mühavizə orqanlarında korrupsiya faktlarını araşdıran 37 yaşlı vəkil Sergey Maqnitski 2009-cu ildə istintaq təcridxanasında ölüb.

Sergey Lavrov deyir ki, bu ilk növbədə Rusiyanın problemidir və Vaşinqton Cacson Vanik düzəlişinin dəyişdirilməsi cəhdlərinə Moskvanın mövqini bildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG