Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:53

Gümridə Azərbaycan Filmləri Festivalına imkan verilmədi (Video)


.oxuzali.az


Aprelin 12-də Ermənistanın Gümri şəhərində Azərbaycan Filmləri Festivalının keçirilməsinə imkan verilməyib.

Festivala etiraz edən kütlə tədbirin keçiriləcəyi "Asparez" klubunun girişini bağlayaraq festival iştirakçılarını oraya buraxmayıblar.

Etirazçılar buna qədər kluba daxil olaraq festivalın təşkilatçısı Qriqori Vanyana hücum ediblər, ondan tədbiri ləğv etməyi tələb ediblər.

Bundan sonra Vanyan bəyan edib ki, filmlər göstərilməyəcək.

Festival iştirakçıları avtobusla Yerevana qayıdarkən Azərbaycan filmləri yol kənarındakı kafelərin birində nümayiş etdirilib.

Festivalın təşkilatçısı olan Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi bəyan edib ki, "Ermənistanda Azərbaycan Filmləri Festivalı baş tutub" və növbəti film nümayişi aprelin 17-də Vanyanın rəhbərlik etdiyi Ermənistan Helsinki Assambleyasının Vanadzor ofisində olacaq.


***


Aprelin 11-də Ermənistanın Gümri şəhərində Azərbaycan filmləri festivalının keçirilməsinə etiraz olaraq mitinq keçirilib. (Turan)

Erməni KİV-nin məlumatına görə, deputatlığa namizəd Arman Saakyanın təşəbbüsü ilə şəhər meri Vardan Qukasyanın rəhbərliyilə Gümri meriyası və digər siyasi qüvvələr də aksiyaya qoşulub.

Aksiya iştirakçıları “Azərbaycan kinofestivalına yox” devizi ilə çıxış ediblər və məqsədləri bir olub: Azərbaycan filmlərinin nümayişini qadağan etmək.

Aksiya zamanı qərara alınıb ki, aprelin 12-də saat 11.00-da festivalın keçirilməsi nəzərdə tutulan “Asparez” klubunun qarşısında etiraz mitinqi təşkil edilsin və iştirakçıların girişi qadağan olunsun.

Məsələ ilə əlaqədar festivalın təşkilatçısı Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi (QSTM) xüsusi bəyanatla çıxış edib . Bəyanatda deyilir:

“STOP" Azərbaycan filmləri festivalına qarşı növbəti böhtan kampaniyası başlanıb. Aprelin 11-də Gümridə keçirilən mitinqdə KİV vasitəsilə festivalın və onun proqramına daxil edilən filmlərin məqsəd və vəzifələri haqda yalan məlumat yayılıb.

Dövlət və ictimai xadimlər tərəfindən festivalın keçirilməsinə yol verilməməsi ilə bağlı birbaşa hədələr səslənib.

Onların çıxışlarında festivalın təşkilatçılarına, həmçinin tədbirin keçirilməsi üçün yer ayıran qurumlara – “Asparez” jurnalistlər Klubuna və festivala gələn vətəndaşlara qarşı zorakılıq aktlarına təhrik yer alıb.

Azərbaycan filmləri festivalının keçirilməsinə qarşı etiraz mitinqini işıqlandıran Ermənistan KİV-nin videomateriallarına və reportajlarına əsaslanaraq və şahidlərin fikirlərini nəzərə alaraq bildiririk ki, aprelin 12-nə təyin edilmiş festival ətrafında yaradılmış süni gərginliyə, tədbirin təşkilatçılarına və iştirakçılarına qarşı mümkün təxribatlara və zorakılıq aktlarına görə məsuliyyəti şəxsən Gümri şəhər meri Vardan Qukasyan daşıyır. Belə ki, onun rəhbərliyilə terror təbliğatı kampaniyası həyata keçirilir”.

QSTM aprelin 12-də saat 15.00-da jurnalistlərin “Asparez” klubunda (Gümri) filmlərin Gümrinin meri Vartan Qukasyan

Gümrinin meri Vartan Qukasyan

nümayişini təşkil edib. Tədbirə Böyük Britaniyanın və ABŞ-ın Ermənistandakı səfirləri dəstək göstəriblər.

2007-2008-ci illərdə Azərbaycanda çəkilmiş və erməni dilinə tərcümə olunmuş 4 qısametrajlı filmin (bir sənədli, üç bədii) nümayişi planlaşdırılıb.

Festival haqqında məlumatda deyilir: “Humanist ideyaların pozulması hesabına vüsət alan təbliğat və sağlam düşüncənin inkar edilməsi şəraitində Ermənistanda Azərbaycan filmlərinin festivalı birbaşa ünsiyyət məkanıdır. Festival Azərbaycanın müasir kino sənətinin ən yaxşı nümunələri ilə tanış olmaq üçün unikal imkanlar yaradır”.

2010-cu ilin payızında Ermənistanda analoji festival baş tutmayıb: tədbirin keçirilməsi üçün nəzərdə tutulan yerin sahibləri bir-birinin ardınca müqavilələri pozublar və təşkilatçılara rədd cavabı veriblər. O zaman QSTM-in rəhbəri, tanınmış hüquq müdafiəçisi Georgi Vanyan təqiblərə məruz qalıb

Festivalın afişası Facebook-da dərc olunduqdan sonra onu öz səhifəsində dərc edənlərin ünvanlarına təhqir, vətənə xəyanətlə bağlı ittihamlar və fiziki baxımdan məhv edilmək barədə hədələrlə dolu məktublar gəlib. Vanyana olan anonim telefon zənglərində ona məhv edəcəkləri ilə bağlı hədə-qorxular gəliblər. Hətta Moskva nömrələrindən də zənglər daxil olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG