Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:28

“Azərbaycan gəncliyi müxalifətin mövqeyini qəbul etmir”


YAP Gənclər Birliyinin sədri Seymur Orucov

YAP Gənclər Birliyinin sədri Seymur Orucov

«Azərbaycan gəncliyi müxalifət partiyalarının mövqeyini qəbul etmir və onları dəstəkləmir. Çünki müxalifət partiyaları gənclərimizə düzgün yol göstərmək imkanında deyil».

Bu fikirləri Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Seymur Orucov bildirib ki, gənclər dövlətçiliyin daha da gücləndirilməsi istiqamətində aparılan siyasəti dəstəkləyir. Onun sözlərinə görə, bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir.

«Gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş gedir. Dövlət hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini nümayiş etdirir. Belə bir halda onlar müxalifətin ölkəmizdə sabitliyi pozmağa yönəlmiş zərərli fəaliyyətini heç bir halda qəbul etmirlər. Nəzər salsaq görərik ki, müxalifət partiyalarında gənclər yox səviyyəsindədir. Həm 17 mart, həm də 8 aprel mitinqləri bu faktı bir daha təsdiqlədi. Təbii ki, AXCP, Müsavat kimi partiyaların gənclərdən çirkin məqsədlər üçün istifadə etməsi yolverilməzdir. Məhz gənc nəsil tutduqları sağlam mövqeləri ilə müxalifət düşərgəsinin layiqli cavabını verir»- deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.

Şərhləri göstər

XS
SM
MD
LG