Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:47

2 min nəfər Qırğızıstanda mitinq edib


Qırğızıstanın şimal şəhəri Talasda 2 min nəfərlik mitinq keçirilib. Təşkilatçıların dediyinə görə, məqsəd ölkədəki vəziyyəti müzakirə etmək idi.

AzadlıqRadiosunun qırğız xidmətinin məlumatına görə, bəzi yerli sakinlər mitinq təşkilatçılarının şlyapa və plakatlarını götürüb yandırıblar.

Mitinq “Qırğızıstanın Yeni Gücü” ictimai hərəkatı tərəfindən təşkil olunub. Hərəkat rəhbəri Kubat Toksoboyev bir müddət əvvəl mediaya açıqlamışdı ki, o, prezident Almazbek Atambayevi, siyasi partiya rəhbərlərini və siyasi fəalları mitinqə dəvət edib. Nümayişə nə Atambayev, nə də siyasi partiya rəhbərləri qatılmayıb. Toksoboyevin sözlərinə görə, onun lideri olduğu bu hərəkatın müxalifət partiyaları ilə heç bir əlaqəsi yoxdur. O deyib ki, hərəkata qoşulanlar indiki müxalif fiqurlardan “təngə gəliblər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG