Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:07

İran Almaniyaya neft ixracını dayandırır


İranın Press Televiziyası məlumat verir ki, Tehran Almaniyaya neft ixracını kəsir. Bir gün əvvəl isə İspaniyaya xam neft verilməsini dayandırmışdı.

İngilisdilli dövlət şəbəkəsi deyir ki, Avropa Birliyinin İran neftinin idxalına qadağa cavabı iyul ayında qüvvəyə minəcək.

İran indiyə qədər Fransa, Britaniya və Yunanıstana neft satışını dayandırmışdı. Rəsmilər bildirir ki, İtaliyaya xam neft verilişini kəsmək də nəzərdə tutulub.

Press TV-nin məlumatına görə, İran həmçinin Avropa Birliyi sanksiyalarına cavab olaraq 100 Avropa kompaniyasının məhsul idxalına da qadağa qoyacaq.

Qərb hökumətləri şübhələnir ki, İranın nüvə proqramı atom bombası istehsalını hədəf götürüb, Avropa Birliyi də buna görə ölkə üzərinə sanksiya tətbiq edib. İran atom bombası ilə bağlı iddiaları təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG