Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:19

Putin siyasi qüvvələri birliyə çağırır


Rusiyanın yeni seçilmiş prezidenti seçkilərdən sonra yaranmış gərginliyi aradan qaldırmaq üçün siyasi qüvvələri ölkənin rufahı naminə birliyə çağırır.

Baş nazir kimi parlamentə son müraciətində Putin özünün hakimiyyətdəki dörd ilini yüksək qiymətləndirib. O həmçinin bildirib ki, ölkəni inkişaf etdirməyi qarşısına məqsəd qoyan bütün siyasi qüvvələr birləşməlidir.

Rusiyada mübahisələrə səbəb olmuş meriya seçkisi ilə bağlı Putin sualları cavablandırarkən müxalif "Ədalətli Rusiya" Partiyasından olan deputatlar zalı tərk ediblər.

Bir az əvvəl isə polis parlament qarşısında aksiya etməyə cəhd göstərən bir neçə aktivisti saxlayıb.

2000-2008-ci illərdə Rusiyaya prezidentlik edən Vladimir Putin may ayının 7-də andiçmə keçirməklə növbəti 6 il üçün prezident kürsüsünə əyləşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG