Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:10

8 aprel mitinqinə radikal və müxalif baxış silsiləsindən...


Mətbuat icmalı

Mətbuat icmalı

İQTİDAR VƏ MÜXALİFƏT MƏTBUATINDA 8 APREL MİTİNQİ

«Yeni Azərbaycan» yazır ki, «Əli Kərimli və İsa Qəmbər çox içindədir». Qəzetə görə, «aprelin 8-də fiaskoya uğrayan müxalifətin radikal qanadı çaşqınlıq içindədir. Beləki, cəmiyyətin onları dəstəkləməməsi, hətta öz üzvlərinin belə keçirdikləri aksiyaya etinasız münasibəti, partiyaların bayraqlarının ayaqlar altına atılması İsa Qəmbərlə Əli Kərimlini şoka salıb».

«Azadlıq» qəzeti isə yazır ki, «Əli Əhmədov özünü itirib». AXCP sədrinin müavini YAP icra katibinin «müxalifətin iflasa uğraması və qocalması ilə bağlı dedikləri fikirlərə münasibət bildirib.

«Müxalifət köhnəlməyib, Əliyevlər sülaləsi köhnəlib. Bütün dünya hakimiyyətin geriləməsindən, korrupsioner, rüşvətxor nazirlərindən, oliqarxlarından, onların milyardlarından danışdığı halda YAP rəhbərliyi müxalifətin qocalmasından danışır. Bu da təəccüblü deyil».

9 FAİZLİK İNFLYASİYA GÖZLƏNTİSİ

«Exo» qəzetinə görə, bu il inflyasiya 9 faizə çata bilər. Qəzet Asiya İnkişaf Bankının rəqəmlərinə istinad edərək yazır ki, Azərbaycanda iqtisadi artım 4,1 və 3.5 faiz, Azərbaycan Mərkəzi Bankının inflyasiyanı 7-7,5 faiz saxlamaq cəhdlərinə baxmayaraq 2012-2013-cü illərdə inflyasiyanın səviyyəsi 9 faiz olacaq.

SAĞLAMLIQ HAQQINDA QANUNA DƏYİŞİKLİK

«Azərbaycan» qəzeti yazır ki, «Əhalinin sağlamlığının qorunması haqqında» qanuna dəyişiklik edilir».

Qəzet bu fikrin aprelin 11-də Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirə olunduğunu yazır.

Parlamentin plenar iclasına tövsiyə olunan layihənin 25-ci maddəsində qeyd edilir ki, «psixiatriya yardımı almış və ya əvvəllər belə bir yardımı almış şəxsə yardım tədbirləri barədə məlumatlar şəxsin özünün və yaxud onun qanuni nümayəndəsinin yazılı müraciətindən sonra iki gün ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmalıdır». Dəyişikliyə görə pasiyentə zərər törədə biləcək məlumatların onlara verilməsi qadağan olunacaq.

LONDON TAKSİLƏRİNDƏ ENDİRİM

«Yeni Müsavat» qəzeti yazır ki, «Nəqliyyat Nazirliyi «London taksiləri» üçün gündəlik planı 2 dəfə azaltdı». Qəzet gündəlik planın 40 manatdan 20 manata endirildiyini yazır.
Qəzet həm də yazır ki, «London taksiləri»i istifadəyə verilən gündən sürücülərə 300-350 manata maaş vəd edilsə də, indi maaşlar 249 manatdır».

MTN-NİN GƏNCƏ ƏMƏLİYYATINİN RUSİYA İZİ

«Bizim yol» qəzeti MTN-in əməliyyatından sonra Gəncədə silahlı dəstəyə evini kirayə verən qadının Rusiyadan Azərbaycana gətirildiyini yazır. Qəzet cinayətin izinin Şimala doğru uzandığını qeyd edir.

TONY ADAMS YENİDƏN «QƏBƏLƏDƏ»

«Futbol+» qəzeti Tony Adamsın «Qəbələ» futbol klubuna dönüşünün rəsmiləşdiyini yazır. Qəzetə görə, nəhayət «Qəbələ»nin prezidenti Tale Heydərovla Tony Adams arasında uzun sürən danışıqlar fayda verib və aprelin 10-dan onun müşavir vəzifəsində çalışması rəsmiləşib.
Qəzetə yazır ki, «Qəbələ» klubunun sabiq məşqçisi Tale Heydərovun məsləhətçisi olacaq və klubun təkcə İngiltərədə deyil, bir çox ölkələrdə tanınmasına çalışacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG