Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:13

Kofi Annan İran rəhbərliyi ilə Suriya böhranını müzakirə edib


BMT və Ərəb Dövlətləri Liqasının xüsusi elçisi Kofi Annan İran rəhbərliyilə Suriyadakı vəziyyəti müzakirə edib.

Kofi Annan danışıqlardan sonra göstərdiyi dəstəyə görə İrana minnətdarlığını bildirib və qeyd edib ki, əgər biz sülh planı ətrafında birləşsək münaqişənin həlli yolunu tapa bilərik.

Kofi Annanın Suriya ilə bağlı təklif etdiyi sülh planında 48 saat ərzində Suriyada hərbi əməliyyatların dayandırılması və ordu qüvvələrinin şəhərlərdən çıxarılması nəzərdə tutulur.

Suriyalı hüquq müdafiəçiləri isə ölkənin müxtəlif bölgələrində yeni toqquşmalar baş verdiyini deyirlər.

Həmçinin “Yerli Koordinasiya Komitəsi” Homs şəhərində bir neçə məhəllənin atəşə tutulduğunu xəbər verir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi ütirazlar keçirilir.

BMT bu müddət ərzində 9 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG