Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:41

İranda nümayişə qatılanlar ali məktəblərdən qovulur


İran hakimiyyəti 2009-cu ildə keçirilmiş mübahisəli prezident seçkisindən sonra etiraz nümayişlərində iştirak edən tələbə və müəllimləri ali məktəblərdən qovmaq fikrindədir.

İRNA agentliyinin məlumatına görə, ölkənin elm və təhsil naziri Kamran Daneshjou bildirib ki, əgər Tehran belə bir tədbir görməsə, hakimiyyət universitetlərin nəyə görə etirazlara qoşulmasına aydınlıq gətirməkdə çətinlik çəkəcək.

Son illər İranda bir neçə liberal professor universitetlərdən çıxarılıb, onlarla tələbə fəal isə həbsə atılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG