Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:48

Romney Respublikaçılar partiyasından demək olar ki, vahid namizəddir


Mitt Romney Respublikaçılar partiyasından ABŞ prezidentliyinə demək olar ki, vahid namizəddir.

Onun əsas rəqibi Rik Santorum çərşənbə axşamı rəsmi şəkildə mübarizədən çıxdığını bəyan edib.

Respublikaçılar partiyasında mühavizəkarları təmsil edən Sontorum bir neçə ştatda keçirilmiş ilkin seçkidə qalib gəlsə də onun Romneyi ötmək şansı demək olar ki, qalmayıb.

Həmçinin müşahidəçilər mübarizəni davam etdirən digər iki namizədin şansı olmadığını deyirlər.

ABŞ-da növbəti prezident seçkisi bu ilin noyabrında keçiriləcək.
XS
SM
MD
LG