Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:26
“Bütün Avropa-Azərbaycan münasibətlərində ən müsbət, ən faydalı və məhsuldar əməkdaşlıq məhz gənclərin arasındadır. Mən bu əməkdaşlığı ta başlarından bu işin içində olduğum üçün gənclikdəki enerji başqalarında yoxdur. Gənclərdə çox ciddi həvəs var ünsiyyətə”.

Bu fikri “14-24” proqramında Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin həmsədri Rəşad Şirin deyib.

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı hesab edir ki, Azərbaycanın Avropaya inteqrasiyası müstəvisində gənclərin fəaliyyətinə bəzən neqativ don geyindirilə bilər.

“Avropaya gedib gəlmiş gənclər stereotiplərdən uzaq yaşayır. Amma müxtəlif səbəblərdən bu inteqrasiya tam olmur. Avropanın bəzi dəyərləri var ki, o dəyərlərə insan inkişafı nəticəsində çatıb. Azərbaycan insanı o inkişaf periodunu unudaraq birbaşa ona baxmağa çalışır. Gənclər, xüsusən də”.

GETDİK GÖRDÜK DƏ...

Ramin Hacılının fikrincə, Azərbaycan gəncləri xaricə oxumağa gedəndə o cəmiyyət barədə mənfi informasiya yükü ilə gedirlər:
Ramin Hacılı

Ramin Hacılı


“Belə gənclər Avropa haqqında pis danışmağa meylli olurlar. “Getdik gördük də...” söhbətləri. Gözdən salmağa hesablanmış propaqandalar Azərbaycanın Avropaya inteqarsiyasını istəməyənlərdir”.

Avropanın Azərbaycanda nüfuzu necədir?

Bakı sakinləri Avropa cəmiyyəti barədə nə düşünür?

Verilişi burdan bütünlüklə dinləyə bilərsiniz...

XS
SM
MD
LG