Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:19
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!

Sayı: 33(20.438) 18 fevral 2012



DAXİLİ BAZARIN QORUNMASI İQTİSADİ İNKİŞAFIN ƏSASIDIR

Muxtar respublikanın genişmiqyaslı və dinamik inkişafı gömrük orqanlarında həyata keçirilən infrastruktur layihələrin timsalında bariz şəkildə görünməkdədir. Gömrük orqanları tərəfindən xarici ticarətin tənzimlənməsi ilə yanaşı, informasiya – kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etməklə regionda gömrük nəzarətinin həyata keçirilməsi, milli iqtisadiyyatın inkişafına stimul verilməsi və münbit sahibkarlıq şəraitinin formalaşdırılması təmin edilir.

...Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qeyd etdiyi kimi: «Daxili bazar qorunmadan inkişafa nail olmaq mümkün deyil. Bunun üçün isə yerli istehsal inkişaf etdirilməlidir. Yerli istehsalın inkişafı bir tərəfdən daxili bazarı qoruyursa, digər tərəfdən xaricə valyuta axınının qarşısını alır və idxaldan asılılığın azalmasında əhəmiyyətli rol oynayır.

Gömrük orqanları daxili bazarın qorunması istiqamətində həyata keçirdikləri tədbirlərlə muxtar respublikada iqtisadi təhlükəsizliyin əldə olunmasında yaxından iştirak edirlər. Milli iqtisadiyyatın xarici təsirlərdən asılılığının azaldılması, idxalı əvəz edən, ixracyönlü yerli istehsalın yaradılması və inkişaf etdirilməsi daxili bazarın qorunması ilə yerinə yetirilir.


YENİ AZƏRBAYCAN PARTİYASI NAXÇIVAN MUXTAR RESPUBLİKA TƏŞKİLATI İDARƏ HEYƏTİNİN İCLASI KEÇİRİLMİŞDİR

Fevralın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası İdarə Heyətinin ötən ilin yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar iclası keçirilmişdir.

İdarə heyətinin iclasında tapşırıq və tövsiyələrini verən Ali Məclisin Sədri demişdir ki, 2012-ci il partiyanın qurumları üçün olduqca tələbkar və məsuliyyətli bir dövrdür. Qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ali hakimiyyətə qayıdışından sonra partiya hakim partiyaya çevrilmişdir.
Ali Məclisin Sədri demişdir: Partiya işi daim yaradıcı fəaliyyət tələb edir. Ona görə də köhnə metodlardan əl çəkmək, çevik xarakter vermək lazımdır...

...Ali Məclisin Sədri bildirmişdir ki, yeni üzvlər qəbul edilmədən partiya işi genişlənə və inkişaf edə bilməz. Faktlar göstərir ki, bəzi təşkilatlar bu məsələdə ifrata varır, kəmiyyət amilinə fikir verirlər. Yeni Azərbaycan Partiyasının sıralarına o şəxsləri qəbul etmək lazımdır ki, onlarda yüksək mənəvi keyfiyyətlər, partiya işinə, Heydər Əliyev yoluna və siyasi irsinə böyük məhəbbət və inam olsun. Təsadüfi insanların, şəxsi mənafe güdənlərin partiya sıralarında təmsil olunması yolverilməzdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Vergidən niyə yayınırıq?
- İnşa yazı müsabiqəsi keçirilib
- Komissiyanın təşkilatçılığı ilə seminarlar davam etdirilir
- Soyuducu anbarların regionun ərzaq təminatında mühüm rolu vardır

Şərhləri göstər

XS
SM
MD
LG