Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:45

Avropa Məhkəməsi jurnalistin işi ilə bağlı Azərbaycana sorğu göndərib


Avropa İnsan Hüquqları Məhkəməsi ilə Azərbaycan Hökuməti arasında daha bir iş üzrə kommunikasiya başlayıb. Hökumətə jurnalist Elçin Həsənovun şikayəti ilə bağlı suallara cavab vermək üçün iyulun 4-nə qədər vaxt verilib. O, 2006-cı ilin payızında keçirilən etiraz piketində zorakılığa məruz qalmışdı.

Bu barədə məlumatı E.Həsənovun hüquqlarını müdafiə edən hüquqşünas İntiqam Əliyev verib.

O bildirib ki, 2007-ci ilin avqustunda Avropa Məhkəməsinə göndərilən şikayət Elçin Həsənovun zorakılığa məruz qalması və tutulması ilə bağlıdır. Elçin Həsənov 2006-cı il 23 noyabrda «Azadlıq» qəzeti redaksiyasının yerləşdiyi binadan çıxarılmasına etiraz olaraq keçirilən piketdə iştirak edəndə zorakılığa məruz qalıb və saxlanmışdı.

İ.Əliyev bildirib ki, toplantılarda zorakılığa məruz qalan daha bir neçə jurnalist və vətəndaş cəmiyyətinin fəallarının işləri üzrə kommunikasiyalar davam edir. Bir neçə iş üzrə kommunikasiyalar çoxdan başa çatıb və bu yaxınlarda qərarların elan edilməsi gözlənilir.
XS
SM
MD
LG