Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:12

Suriyada zorakılıqlar davam edir


Suriyanın müxtəlif şəhərlərində zorakılıqlar davam edir. Bu haqda “Yerli koordinasiya komitəsi” adlı hüquq müdafiə təşkilatı xəbər verir. Məlumata görə, ordu Homs şəhərində bir neçə mərkəzi məhəlləni atəşə tutmaqda davam edir. Ölkənin cənubundakı Maaraba şəhəri də intensiv atəşə məruz qalır.

Bu gün BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annan İrana gedib. İranı Suriya ilə bağlı sülh planını müdafiə etməyə çağırıb.

İran Suriyanın əsas müttəfiqlərindən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG