Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:52
2011-ci ildə narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2341 nəfərdən 561-ni (24%-i) gənclər təşkil edir. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Səhiyyə Nazirliyi xəbərdarlıq edir ki, narkotiklərin qeyri-qanuni dövriyyəsi və istifadə miqyasının genişlənməsi əhalinin sağlamlığına, millətin genefonduna, sosial-siyasi və iqtisadi sabitliyə, dövlətin təhlükəsizliyinə və ictimai asayişə ciddi təhlükə yaradan amilə çevrilir.

Bununla bağlı Səhiyyə və Təhsil nazirlikləri “Narkotiklərə YOX deyək” devizi altında birgə kampaniyaya başlayır.

Məqsəd şagirdlərə narkotik maddələrin ziyanlı tərəfləri, sonrakı baş verə biləcək fəsadları barədə məlumatların verilməsi, maarifləndirmə tədbirlərinin aparılmasıdır. Kampaniyanın ilin sonuna kimi Respublikanın bütün orta və ümumtəhsil məktəblərində keçirilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG