Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:30

Hava nisbətən soyuyacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, aprelin 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun ötən günlərə nisbətən aşağı enəcəyi, gecə 10-15 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Aprelin 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 8-13 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 13-14-də əsasən gecə və axşam yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 12-17 isti olacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG