Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:38

Roland Kobia: «Biz ARDNŞ-lə ümumi məqsədləri bölüşürük»


Roland Kobia

Roland Kobia

«Avropa Birliyinin Cənub Dəhlizi layihəsi ilə bağlı mövqeyi dəyişməyib. Biz əvvəlki kimi bu layihəni ən qısa müddətdə, ləngimədən reallaşdırmaq istərdik». APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia verib.

Türkiyə ilə Azərbaycan arasında ötən ay TANAP layihəsi üzrə nəzərdə tutlan imzalanmanın təxirə salınması ilə bağlı sualı cavablandıran Kobia bildirib ki, Avropa Birliyi qitəyə qaz nəql edəcək istənilən enerji layihələrini dəstəkləyir: «O ki qaldı, TANAP layihəsinə eşitdiyimizə görə, bununla bağlı saziş hələlik imzalanmayıb, lakin ümid edirik ki, bu layihə ilə bağlı ən yaxşı qərar tapılacaq. TANAP-ın Avropaya qaz nəqlini təmin edəcək xüsusiləşdirilmiş infrastruktur olması bizim üçün çox vacibdir. İkincisi bu layihəni Azərbaycan gələcəkdə daha böyük həcmdə qaz satmağa başladıqda, Türkmənistan Azərbaycan və Türkiyə vasitəsilə Avropaya qaz nəql etdikdə inkişaf etdirmək də olar. Bu, həm Azərbaycana, həm Avropaya sərf edən boru kəməridir. Biz, Avropa bazarları və ARDNŞ ümumi məqsədləri bölüşürük».

Səfir qeyd edib ki, hansı layihəni reallaşdırmağı tərəflər müəyyənləşdirməlidir: «Burada kommersiya məsələləri də var. Avropa Birliyi bu məsələlərə müdaxilə etmək niyyətində deyil».

Transxəzər boru kəmərinin reallaşmasının hüquqi bazasına dair müzakirələri şərh edən Roland Kobia bildirib ki, danışıqlar davam edir: «Bu, normaldır, çünki müəyyən vaxt lazımdır. Sonuncu raund bir neçə həftə əvvəl keçirilib və müəyyən irəliləyişlərə nail olunub. Danışıqların növbəti raundu yaxın həftələr ərzində Brüssel və ya Vyanada keçiriləcək. Biz danışıqlarda həm Azərbaycan, həm Türkmənistanın iştirakını alqışlayırıq. Transxəzər boru kəmərin Azərbaycanla Türkmənistan arasında ikitərəfli məsələ olduğunu və bu kəmərin tikintisini heç bir hüquqi və ekoloji problem yaratmayacağına dair ARDNŞ-in açıqlamasını alqışlayırıq. Düşünürük ki, bu layihə iki ölkəyə aid məsələdir və heç kim bu məsələyə qarışmalı deyil. Artıq Xəzərdə minlərlə kilometr boru kəmərləri var, düşünmürük ki, Transxəzər boru kəməri Xəzərin ekologiyasına ciddi təsir edəcək».

Səfir qeyd edib ki, heç bir layihə digərinə qarşı çevrilməyib: «Bu kimi layihələr Azərbaycanın, Türkmənistanın və Avropanın xeyri üçün həyata keçirilir».

Günün bütün mövzuları

XS
SM
MD
LG