Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:58

Bir neçə rayonun icra hakimiyyətinin başçısı dəyişdirilib


Prezident İlham Əliyev bununla əlaqədar müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Yardımlı rayon icra hakimiyyəti başçısı Xəzər Aslanov tutduğu vəzifədən azad edilərək Xızı rayonunun, Xızının icra hakimiyyəti başçısı Vaqif Abdullayev Beyləqan rayonunun, Beyləqan rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev isə Kürdəmir rayonunun icra hakimiyyətinin başçısı vəzifəsinə təyin ediliblər.

Prezidentin digər sərəncamı ilə Sevindik Hətəmov Yardımlı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu postda Fəxrəddin Məlikovu əvəzləyəcək.
XS
SM
MD
LG