Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:54

77 nəfərin qətlində ittiham olunan Breivik ruhi cəhətdən sağlam çıxdı


Kütləvi qətllərdə ittiham olunan norveçli Anders Behring Breivik ruhi cəhətdən sağlamdır.

Norveç məhkəməsinin təyin etdiyi növbəti psixi ekspertizanın rəyi belədir.

Ekspertlərin aprelin 10-da açıqlanan nəticəsinə görə, qətlləri törədərkən Breivikin ağlı üstündə olub və törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb oluna bilər. 33 yaşlı Breivik aprelin 16-da məhkəməyə çıxarılacaq.

Ötən ilin dekabrında keçirilən birinci eskpertiza Breivikdə şizofreniyanın ağır formasının olduğu nəticəsini çıxarmış, beləliklə də məhkəməinin legitimliyini şübhə altına qoymuşdu. Ekspertlərin rəyi mübahisələr doğurduğundan, məhkəmə təkrar ekspertiza təyin etmişdi.

Breivik 2011-ci ilin iyulunda əvvəl Osloda, sonra isə Utoya adaslnda 77 adamı öldürməkdə ittiham edirlər. Breivik qətlləri törətdiyini etiraf edir. Ancaq özünü İslama və miqrantlara qarşı vuruşan cəngavər sayan Breivik bu qətllərin cinayət olmadığını iddia edir.

Günahı sübut edilsə, Breiviki ömürlük həbs cəzası gözləyir.
XS
SM
MD
LG