Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:33

Bakıda uşaq bağçasında yanğın olub


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə aprelin 10-da Xətai rayonunda yerləşən 207 saylı uşaq bağçasında qeydə alınıb.

Yanğın iki mərtəbəli bağça binasının məcburi köçkünlərin məskunlaşdığı birinci mərtəbəsində meydana gəlib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər ikinci mərtəbədə olan 55 azyaşlı uşağı və müəllim heyətini təxliyə ediblər. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

İlkin məlumata görə, yanğına qısa qapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG