Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:31

«Təbəssüm» Türkiyəyə festivala çağırılıb


Azerbaijan_Tabassum dance group_10Apr2012
Azerbaijan_Tabassum dance group_10Apr2012
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində yerləşən «Təbəssüm» uşaq studiyası «Uluslararası 23 Nisan - Çocuk Şenliyi»nə dəvət alıb.

Xəbəri Musiqili Komediya Teatrının mətbuat katibliyi AzadlıqRadiosuna verib.

««Təbəssüm» aprelin 17-i İstanbul «Kocaeli Büyükşehir Belediyesi»nin dəvəti ilə Türkiyəyə gedəcək.

İstedadlı rəqqaslar bu mötəbər festivalda ayrıca konsert proqramı ilə çıxış edərək, Azərbaycan milli rəqslərini və mahnılarını ifa edəcək.

Festival aprelin 24-dək davam edəcək.

Xatırladaq ki, bu festival Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Böyük Millət Məclisinin açılması münasibətilə türk uşaqlarına ərməğan etdiyi bayramdır.

1979-cu ildən TRT-nin təşkilatçılığıyla beynəlxalq miqyasda qeyd edilən ilk və tək uşaq bayramıdır.

Festival:«Yurtta Barış Cihanda Barış» devizi ilə keçirilir.
XS
SM
MD
LG