Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:44

Pompeyin xilası 105 milyon avroya başa gələcək


Arxiv foto
Arxiv foto
İtalyan hökuməti qədim Roma şəhəri Pompeyin xilası üçün layihə hazırlayıb.

Layihənin 105 milyon avroya başa gələcəyi bildirilir.

Xəbəri ANSA yayıb.

Dünyanın ən böyük arxeoloji kompleksinin dirçəldilməsinə Avropa Regional İnkişaf Fondu vəsait ayıracaq.

Şəhərin bərpa planına 2015-ci ilin dekabrında başlanılacaq.

Bu barədə sənəd bu il aprelin 5-də Neapolda imzalanıb.

Pompey (Italiya) Google xəritəsi


Pompey (Italiya) Google xəritəsi
Sənədə İtaliyanın baş naziri Mario Monti və Mədəni İrs Naziri Lorenzo Ornaqi imza atıb.

Mario Monti layihənin əsas vəzifəsinin dağılmış obyektlərin müdafiəsi və bərpası olduğunu vurğulayıb.

Baş nazir əlavə edib ki, görülən iş halal biznesin köməyilə həyata keçiriləcək. Əks meyllər Pompeyə yaxın düşə bilməyəcək.

Monti həmçinin layihəni dəstəkləyən Silvio Berluskoni-nin başçılıq etdiyi əvvəlki hökumətə də təşəkkür edib.

Xəbərdə deyilir ki, Pompeyə 2000-2006-cı illərdə 7, 7 milyon avro ayrılmasına baxmayaraq, son vaxtlar kompleksin ərazisində binalar dağılmağa başlayıb.

Məsələn, 2010-cu ilin noyabrında burada 2 min yaşı olan «Qladiatorların evi» çökmüşdü.

Eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində Pompey əhalisi ilə birlikdə kül və lavanın altında qalıb.

1713-cü ildə şəhər təsadüfən aşkar edilib, arxeoloqlar qədim şəhəri vulkan külündən təmizləyiblər.

Alimlər eramızın birinci əsrində yaşayan romalıların gündəlik həyatını sanki canlandırmaqla açıq havada muzey yaradıblar.

Hər il Pompeyi 2, 5 milyon turist ziyarət edir.

Pompey UNESKO-nun mədəni irs siyahısındadır.
XS
SM
MD
LG