Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:41
«Romada dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldılır».

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet səhifəsi bu barədə xəbər yayıb.

Xəbərdə vurğulanır ki, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın İtaliyadakı səfirliyinin yaxından iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən abidənin ucaldılması ilə bağlı zəruri işlər həyata keçirilir.

Abidənin müəllifləri xalq rəssamı Səlhab Məmmədov və əməkdar rəssam Əli İbadullayevdir.

Layihə Roma şəhər meriyasının Tarix və İncəsənət Komissiyası tərəfindən də təsdiqlənib.

Nazirliyin fikrincə, İtaliyanın paytaxtında Nizami Gəncəvinin heykəlinin ucaldılması Azərbaycan-İtaliya siyasi və mədəni əməkdaşlığının inkişafına veriləcək növbəti töhfə olmaqla bərabər, dünya ədəbi-bədii və fəlsəfi fikir xəzinəsinə əvəzsiz töhfələr vermiş dahi Azərbaycan şairi və mütəfəkkirinin xatirəsinə göstərilən hörmət rəmzinə çevriləcək.

Abidə Azərbaycan prezidentinin müvafiq sərəncamının icrası, Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi, onun bədii irsinin və klassik ədəbiyyatın dünya miqyasında təbliği məqsədi ilə ucaldılır.

Yaxın günlərdə heykəlin rəsmi açılış mərasimi keçiriləcək.

Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində bu heykəl Romada məşhur «Villa Borghese» parkında ucaldılır.
XS
SM
MD
LG