Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:13
-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!

Sayı: 32 (20.437) 17 fevral 2012



TAXIL SAHƏLƏRİNƏ AZOT GÜBRƏSİ VERİLİB

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında taxılçılığın böyük rolu var. Buna görə də muxtar respublikanın taxıl istehsalçılarına hərtərəfli dövlət qayğısı göstərilir. Belə qayğı hesabına 2001-ci ildə 34,7 min hektar sahədən 101 min tondan artıq məhsul toplanmışdır. Muxtar respublika əhalisinin illik tələbatının daha dolğun ödənilməsi və taxıl ehtiyatının yaradılması məqsədilə 18 min ton uzunmüddətli və 20 min ton qısamüddətli taxıl anbarı qurulmuşdur. 2011-ci ildə gündəlik istehsal gücü 200 ton olan taxıl emalı müəssisəsi istifadəyə verilmişdir. Bu gün muxtar respublikada gündəlik istehsal gücü 400 ton olan 15 taxıl emalı müəssisəsi fəaliyyət göstərir.

Son üç gün ərzində Babək rayonunda 104 hektar taxıl sahəsinə azot gübrəsi verilməsi işləri aparılıb. Torpaq mülkiyyətçiləri sahələrdən bol məhsul götürmək üçün becərmə işlərinin aqrotexniki qaydalara uyğun aparılmasına diqqət yetirirlər.


KİTABLAR «ÖLÜR»

Bu yaxınlarda maraqlı bir ifadə ilə rastlaşdım: «Sən hər mənasız işlə məşğul olduqda bir kitab intihar edir». Bu cümlədə o qədər dərin məna, incə fikir gizlənmişdir ki, laqeyd qala bilmədim, sizinlə bölüşdüm. Bəli, kitablar da intihar edə bilər, özü də biz insanların əli ilə. Əslində, bəzilərimizin evlərindəki kitablarla dolu rəflərə, tez - tez sobaların ətrafına, zibil yeşiklərinə və hərdən də yol kənarına nəzər saldıqda onlarla intihar etmiş kitab görürük – üz qabıqları parçalanmış, səhifələri cırılmış onlarla kitab. Ötəri baxıb keçirik.

...Bu sualın cavabını tapmaq, deyəsən, o qədər də çətin deyil. Elə bircə dəfə özümüzə baxmaq, məncə, bəs edər. Amma yalnız özümüzə yox, ətrafımızda olan və cildi açılmamış, toz içindəki kitablara da cəmi bir saniyəlik nəzər salmaq bizim əsl «cinayətkarlar» – «kitab qatilləri» olduğumuzu göstərir. Ancaq, kitablar insanlar qədər qəddar deyil! Onları bircə dəfə götürüb təmizləmək, səhifələrini həvəslə oxuyub, onlarla yoldaşlıq etmək kifayətdir ki, bütünlüklə bizə sarılsınlar, yenə köhnə dostlarının barmaqlarının hərarətində isinib bizi kamilliyə, müdrikliyə doğru aparsınlar. Yenə həyatı, gözəlliyi, sonsuz kainatı onlarda tapaq. Və yenə oxuyaq, yenə öyrənək – kitabları qoruyaq.


DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Qiymətli dərman bitkisi: Baldırğan
- Dövlət qulluğuna namizədlərin test imtahanına başlanıldı
- Yığıncaq keçirilib
- Milli dəyərlərə həsr olunan elmi – metodik seminar
- Naxçıvan Qızlar liseyi

Şərhləri göstər

XS
SM
MD
LG